“FETÖ”-nün və “Qətər böhranı”nın arxasında dayanan Birləşmiş Ərəb Əmirlikləridir” - MEHMET ACET

  • Müəllif: admin
  • 14 İyun 2017 21:25

mehmet acet

“FETÖ”-nün  və “Qətər böhranı”nın arxasında dayanan əsas oyunçulardan biri və birincisi bəlkə də Birləşmiş Ərəb Əmirlikləri – BƏƏ-dir”.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu tanınmış yazar, “Kanal7”-nin Ankara təmsilçisi Mehmet Acet TRT Haber-in “Satır başı” proqramında çıxışı zamanı iddia edib.

O, qeyd edib ki, “Qətər böhranı” bu gün daha çox Səudiyyə Ərəbistanı ilə əlaqələndirilsə də və burada həqiqət payı çox olsa da, əslində bu böhran həmin ölkənin özünə qarşı bir tuzak-tələ ola bilər.

“Qeyd edim ki, 15 iyul hadisələrindən sonra çox nüfuzlu bir ingilis yazarı öz məqaləsində qeyd etmişdi ki, hadisələrdən bir az öncə Birləşmiş Ərəb Əmirlikləri İsrailyanlısı bir Türkiyə vətəndaşı vasitəsi ilə “FETÖ”-çülərə ciddi maliyyə dəstəyi göstərib. Eyni zamanda, 15 iyul hadisələrdən az sonra xarici işlər naziri Mövlud Çavuşoğlu  da ad çəkmədən bildirmişdi ki, bir müsəlman ölkəsi “FETÖ”-çülərə maliyyə yardımı edib. O, hətta, rəqəm də açıqlamışdı-3 milyard dollar. Bu da çox böyük maliyyə deməkdir.

Həmin ingilis yazarın, o cümlədən, sayın Çavuşoğlunun dediklərindən belə nəticə hasil olur ki, bu gün terrora, terror təşkilatlarına dəstək verən ölkə Qətər deyil, əslində  Birləşmiş Ərəb Əmirlikləridir. Onu da qeyd edim ki, “Qətər böhranı”nın ilk günlərində həmin ingilis yazar “Əl-Cəzirə” kanalına verdiyi açıqlamasında bildirib ki, böhrandan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin maliyyə dəstəyi ilə ABŞ mediasında Qətərə qarşı nə az-nə çox , düz  14  ittiham xarakterli yazı dərc olunub…”-deyə, M. Acet sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info