Gəncəyə yağan güclü leysan ciddi fəsadlar törədib

  • Müəllif: admin
  • 15 İyun 2017 10:51

bakida-leysan_1-6_1

Gəncə şəhərində səhər saatlarında küləklə müşahidə edilən güclü leysan olub.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, nəticədə şəhərin bəzi ərazilərində həyətlərə su dolub, ağacların budaqları qırılaraq yola düşüb.

Külək bəzi yaşayış evlərinin dam örtüyünə ziyan vurub, hündür mərtəbəli binanın dam örtüyü tamamilə dağılıb. Həmçinin şəhərin elektrik və qaz təsərrüfatına ziyan dəyib. Külək nəticəsində hündürlükdən düşən ağac budaqları elektrik xətlərini və qaz borularını zədələyib.

Hazırda müvafiq qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş görür.

Gununsesi.info