
İyunun 7-də Andaman dənizində qəzaya uğramış Myanmaya məxsus hərbi təyyarənin “qara qutu”su aşkar edilib.
Gununsesi.info “lefigaro.fr” saytına istinadla bildirir ki, təyyarənin “qara qutu”sunun iki elementi – səsyazan və parametrləri qeyd edən aparatlar yaxınlıqdakı hərbi gəmiyə yerləşdirilib.
Qeyd edək ki, təyyarə qəzaya uğrayan zaman göyərtəsində 122 nəfər olub. İndiyədək onlardan yalnız 92 nəfərinin cəsədi tapılıb.
Gununsesi.info












