Türkiyədə15-16-cı əsrə aid mozaika tapılıb

  • Müəllif: admin
  • 19 İyun 2017 12:13

08

Türkiyənin Adıyaman bölgəsində yerləşən Gölbaşı ərazisində15-16-cı əsrə aid olduğu ehtimal edilən mozaika tapılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhz Gölbaşı ərazisinin Çakmak məhəlləsində tapılan mozaika arxeoloqları təəccübləndirib.

Belə ki, mozaika Kamal və Mehmet qardaşları tərəfindən tarlada aşkarlanıb. Digər bir ehtimala görə, mozaika Roma dövrünə aiddir.

Qeyd edək ki, tapıntı ilə bağlı qardaşlar dərhal jandarmaya məlumat veriblər. Tarlaya gələn jandarma heyəti ərazini nəzarətə götürüblər. Sonra jandarma heyəti mozaikanı Adıyaman Arxeologiya Muzeyinə təhvil veriblər.

Arxeoloqlar mozaikanın strukturunu araşdırdıqdan sonra daha dəqiq informasiyalar veriləcəyini bildiriblər.

Anar

Gununsesi.info