
Səudiyyə Ərəbistanı Qətərin 15 min dəvəsini və 10 min qoyununu “deportasiya” edib.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, dəvə və qoyunlar Körfəz ölkələrinin Qətərlə münasibətlərinin pozulmasının qurbanı olub.
Belə ki, Səudiyyə Ərəbistanı Qətərdən ölkəsinin ərazisində bəslənən dəvə və qoyunlarını təcili olaraq çıxartmasını tələb edib.
Qətər rəsmilərinin verdiyi məlumata görə, hazırda 15 min dəfə və 10 mindən artıq qoyun Səudiyyə Ərəbistanı ərazisindən çıxarılıb. Səudiyyə Ərəbistanı ərazisindən çıxarılan heyvanlar üçün saxlama yeri, su və yem ehtiyatı hazırlanıb.
Qətər ərazisində otlaq sahəsi az olduğundan xeyli sayda Qətər vətəndaşı öz heyvanlarını Səudiyyə Ərəbistanı ərazisində saxlayır.
Gununsesi.info












