
Çinin Sıçuan vilayətində şiddətli yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində 100-dən çox adam dağıntılar altında qalıb.
Gununsesi.info xəbər verir ki, hadisə səhər saat 06:00 radələrində Maosian qəsəbəsində baş verib. Dağıntılar altında qalanlar qəsəbədəki 40 evin sakinləridirlər.
Hazırda hadisə yerinə xilasedici briqadalar cəlb olunur.
Gununsesi.info












