
Sabiq deputat Gülər Əhmədova ləğvetmə prosesində olan “Bank Standard”a qoyduğu əmanətinin 30 min manat sığorta hissəsini geri alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Report-a o, özü məlumat verib.
G.Əhmədova banka təxminən 15 il əvvəl 24 min dollar məbləğində əmanət qoyduğunu deyib.
Keçmiş deputat banka qoyduğu əmanətinin qalan hissəsini hələ də ala bilmədiyini əlavə edib.
Gununsesi.info