Çində torpaq sürüşməsi nəticəsində 100-dən çox adam dağıntı altında qaldı

  • Müəllif: admin
  • 24 İyun 2017 08:33

cina

Çinin Sıçuan vilayətində şiddətli yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində 100-dən çox adam dağıntılar altında qalıb.

Gununsesi.info xəbər verir ki, hadisə səhər saat 06:00 radələrində Maosian qəsəbəsində baş verib. Dağıntılar altında qalanlar qəsəbədəki 40 evin sakinləridirlər.

Hazırda hadisə yerinə xilasedici briqadalar cəlb olunur.

Gununsesi.info