Radik İsayev məğlub oldu

  • By admin
  • 28 İyun 2017 14:08

radik

Koreyada təşkil edilən taekvondo üzrə dünya çempionatı davam edir.

Gununsesi.info xəbər verir ki, bu gün daha iki idmançımız mübarizəyə qoşulub.

Radik İsayev (+87 kq) ilk döyüşündə mərakeşli Ayoud Basselə qalib gəlib – 24:8. Ardınca Çin təmsilçisi Jian Tianı üstələyən (16:11) idmançımız yarımfinala vəsiqə uğrunda qarşılaşmada qabonlu taekvondoçu Antoni Obame ilə üz-üzə gəlib. Rəqibinə 13:15 hesabı ilə məğlub olan İsayev dünya çempionatı ilə vidalaşıb.

Digər təmsilçimiz Ramin Əzizov (87 kq) da ilk rəqibi Valbek Defaixə (Fransa Polineziya) şans verməyib (15:3). Tunisli Yassin Trabelsiyə də qalib gələn (10:9) Əzizov yarımfinal mərhələsi uğrunda döyüşdə uğurlu seriyanı davam etdirə bilməyib. O, serbiyalı İvan Trajkoviçə məğlub olaraq (15:22), yarışı başa vurub.

Qeyd edək ki, sabah kişi taekvondoçularımızdan Məhəmməd Məmmədov (63 kq), qadınlardan isə Yaprak Eriş (57 kq) mübarizə aparacaq.

Gununsesi.info