
Bu gün Sərhədçi İdman Olimpiya Mərkəzində U-23 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılğı ilə keçirilən ölkə birinciliyində 46 klubdan 333 cüdoçu (288 oğlan, 45 qız) qüvvəsini sınayır.
Federasiyadan Gununsesi.info-ya verilən məlumata görə, iki gün davam edəcək yarışın ilk günündə 181 cüdoçu tatami üzərinə çıxacaq. Bu gün qızlarda 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq, +78 kq çəki dərəcələrində, oğlanlarda isə 60 kq, 66 kq çəki dərəcələrində iştirakçılar medallar uğrunda mübarizə aparırlar.
Anar
Gununsesi.info










