
İraqın ikinci ən böyük şəhəri Mosul İŞİD terrorçularından tamamilə təmizlənib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İraq dövlət televiziyası məlumat yayıb.
Belə ki, hazırda Mosulda terror təşkilatının hər hansı hərbi qüvvəsi qalmayıb.
Qeyd edək ki, Mosul 2014-cü il iyunun 10-da İŞİD tərəfindən işğal olunub.
Anar
Gununsesi.info












