Türkiyədə iri terror aktının qarşısı alınıb

  • Müəllif: admin
  • 30 İyun 2017 22:21

iran-terror
Türkiyənin cənubunda Qaziantep vilayətində iri terror aktının qarşısı alınıb.
Trend-in məlumatına görə, polisin keçirdiyi xüsusi əməliyyat çərçivəsində PKK terror təşkilatının 8 üzvü saxlanılıb.

Onlardan ikisinin Suriya vətəndaşı olduğu bildirilib.

Hadisə yerində həmçinin 146 kiloqram partlayıcı aşkar edilib.

Gununsesi.info