
“Azərbaycanda psixoloji, sosioloji fikir 20-ci əsrin 60-cı illərində qalıb. Ay hörmətli alimlər, indi bütün dünya ailə institutu ətrafında mübarizə aparır. Siz isə hələ sevgili günü axtarırsınız”.
Gununsesi.info xəbər verir ki, sabiq deputat Gülər Əhmədova 30 iyun Sevgililər günü ilə bağlı fikirlərini bölüşərkən belə deyib.
Nəzərinizə çatdıraq ki, 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və Fərizənin toy günü – 30 iyun tarixi Azərbaycanda sevgililər günü kimi keçirilir.
“Sevgili olmaq başqa şeydir, ailə olmaq başqa. Bu rəhmətliklər (İlham və Fərizədən söhbət gedir-red.) də heç sevgili olmayıblar. Normal ailə olublar. Onsuz da mənəvi dəyərlər aşılana- aşılana gedir. Sevgili adı altında daha Romeo Culyettalar qalmayıb, iyrənc hadisələr, qətllər baş verir”,- deyə sabiq deputat əlavə edib.
Gununsesi.info











