
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada Suriya qaçqınları ilə yerli vətəndaşlar arasında dava çıxıb.
Yaşanan gərgin anlar nəticəsində bir nəfər yaralanıb. Polis gözyaşardıcı qazla hadisəyə müdaxilə edib.
İddialara görə, hadisəyə səbəb bir suriyalı qaçqının 5 yaşlı qıza təcavüz etməsi olub. Olaydan xəbər tutan yerli vətəndaşlar onun yaşadığı əraziyə yollanıb. Lakin böyüyən mübahisənin tam təfərrüatı barədə məlumat yoxdur.
Gununsesi.info











