
İraqın Mosul şəhərinin İŞİD terrorçularından təmizlənməsi zamanı keçirilən əməliyyat zamanı 40 mindən artıq dinc sakin dünyasını dəyişib.
Gununsesi.info Independentсо qəzetinə istinadən xəbər verir ki, 2016-cı ilin oktyabrından etibarən Mosulun İŞİD terrorçularından təmizlənməsi kampaniyasına başlanılıb. Mosulun azad olunmasına İraqın xüsusi təyinatlıları, çevik alayı, federal polis iştirak edib. Havadan isə beynəlxalq koalisiya qüvvələri dəstək verib.
İraqın baş naziri Haydar əl-abadi mosulun terrorçulardan tam təmizlənməsini bəyan etsə də, amerikalı general, əməliyyat komandiri Stiven Taunsend isə deyib ki, şəhərin terrorçulardan tamamilə təmizlənməsi hələ bir neçə həftə vaxt tələb edəcək.
BMT-nin vrdiyi məlumata görə, Mosul əhalisinin tələbatını təmine tmək üçün 450 milyon dollar vəsaitə ehtiyac var. Mosulun infrastrukturunun bərpa edilməsinə isə milyard dollardan artıq vəsait lazımdır.

Gununsesi.info












