
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qüdsdə baş verən hadisələrə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail hökumətini hüquqi və insani dəyərlərə əməl etməyə səsləyib.
O, bu fikirlərini Körfəz ölkələrinə səfərindən öncə Atatürk Hava Limanında dilə gətirib.
Ərdoğan Qüdsdə insan haqlarının pozulmasını pislədiklərini bildirib. O, başqa dinlərə ibadət edən xalqların təhqir edilməsinin qəbuledilməz olduğunu vurğulayıb.
Türkiyə prezidenti Qüdsdə baş verən hadisələrin tezliklə bitməsinin vacibliyini dilə gətirib.
Gununsesi.info









