“Kəpəz”də baş məşqçi dəyişikliyi

  • Müəllif: admin
  • 27 İyul 2017 22:00

kapaz-7

“Kəpəz” futbol klubunun aşağı yaş qrupları üzrə komandalarında baş məşqçi dəyişikliyi olub.

Gununsesi.info kluba istinadla xəbər verir ki, klubda 4 yeni məşqçi fəaliyyətə başlayıb. Belə ki, U-14 komandasını bundan sonra “C” kateqoriyalı məşqçi İntiqam Səmədov çalışdıracaq. U-15 komandasına isə İlham Səmədov baş məşqçi təyin edilib. İyirmi ildir ki, məşqçilik sahəsində çalışan İ.Səmədov “B” kateqoriyasına malikdir. Uşaq futbolu sahəsində tanınmış və titullu mütəxəssislərdən hesab edilən İlham Səmədovun ayrı-ayrı yaş qrupları üzrə komandaları Azərbaycan birinciliyinin qalibi və mükafatçısı olub.

“Kəpəz”in 16 yaşadək futbolçulardan ibarət komandası İlkin Verdiyevə həvalə olunub. “C” kateqoriyalı mütəxəssis vaxtilə “Kəpəz”də oynayıb. O, hazırda AFFA-nın Futbol Akademiyasında UEFA-nın B kateqoriyalı məşqçi kursunda iştirak edir. Elə U-19 komandasına baş məşqçi təyinatı alan “B” kateqoriyalı Ceyhun Əhmədov da bir müddət “sarı-göylər”in şərəfini qoruyub.

Gununsesi.info