“Tərbiyəsizliyə daim dözmək olmur…” - PUTİN

  • Müəllif: admin
  • 27 İyul 2017 20:28

putin

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına münasibət bildirib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, o, bildirib ki, Rusiyanın cavabı qanun layihəsinin yekun variantından asılı olacaq.

“Biz özümüzü çox səbrli aparırıq, lakin hansısa məqamda cavab verməli olacağıq. Ölkəmizə qarşı hansısa tərbiyəsizliyə daim dözmək olmur”- deyə, o, vurğulayıb.

Putin qeyd edib ki, ABŞ-ın nəzərdən keçirdiyi qanun layihəsi rəqabət mübarizəsində geosiyasi üstünlüklərdən yararlanmaq cəhdidir. O, Rusiya-ABŞ münasibətlərinin ABŞ-ın daxili məsələlərinə qurban verilir.

Gununsesi.info