
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 260 min funt-sterlinqə aldığı superlüks Ferrari 430 Scuderia avtomobilini cəmi bir saat sonra qəza törədərək xurd-xəşil edən şəxs sosial şəbəkələrin ulduzuna çevrilib.
Hadisə İngiltərənin Cənubi Yorkşir qraflığındakı Barnsli şəhərinin yaxınlığında yaşanıb.
Maşını aldığı avtosalonu tərk edərək avtomobilində şəhər kənarına yönələn şəxs Ferrari-nin sürətinin öhdəsindən gələ bilməyib. Maşın yoldan çıxaraq dirəyə dərib, alışaraq tarlaya düşüb. Tarlada təxminən 50 metr gedəndən sonra avtomobil partlayıb.
Gununsesi.info












