Ermənilərin yük maşını Qarabağda minaya düşdü

  • Müəllif: admin
  • 28 İyul 2017 12:22

567457

İşğal altında olan Qarabağın Novruzlu yaşayış məntəqəsində ZİL-130 yük maşını tank əleyhinə minaya düşərək partlayıb.

Gununsesi.info xəbər verir ki, partlayış haqqında xəbər dünən saat 11:34-də daxil olub.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Maşının sürücüsü və iki sərnişin Martuniyə (Xocavəndə) çatdırılıblar.

Gununsesi.info