“Qəbələ” – “Panatinaikos” oyununun biletləri satışa çıxarıldı

  • Müəllif: admin
  • 31 İyul 2017 20:11

qabala-panat

Futbol üzrə UEFA Avropa Liqasının təsnifat mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) oyununun biletləri satışa çıxarılıb.

Gununsesi.info xəbər verir ki, biletləri iyulun 31-i saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun (“Gənclik” metrosunun yaxınlığı) və “Bakcell Arena”nın kassalarından almaq mümkündür.

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Avqustun 3-də “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Panatinaikos” matçı saat 21:00-da başlayacaq.

Gununsesi.info