
ABŞ-ın Minneapolis şəhərində məktəbdə partlayış baş verib.
APA-nın verdiyi xəbərə görə, partlayışdan sonra məktəbdə yanğın başlayıb.
Hadisə nəticəsində 2 nəfər itkin düşüb, məktəb binası qismən uçub.
İlkin versiyaya əsasən, partlayışa qaz sızması səbəb olub. Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir.
Gununsesi.info












