Yılmaz Türkiyəyə döndü…

  • By admin
  • 02 Avqust 2017 22:55

burakkk

Türkiyə yığmasının hücumçusu Burak Yılmaz yenidən vətəninə qayıdıb.

Gununsesi.info-nun Apasport.az-a istinadən məlumatına görə, 32 yaşlı forvard “Trabzonspor”la anlaşıb.

Çin klubu “Beyçzin Qoan”la yollarını ayıran futbolçu artıq “bordo-mavililər”lə ilkin razılıq əldə edib. Köhnə-yeni komandası ilə 3 illik müqavilə imzalayacaq Burakın illik məvacibi 3,5 milyon avro təşkil edəcək. “Beyçzin Qoan” isə bu keçiddən 3,5 milyon avro gəlir götürəcək. Çinlilər əlavə 500 min avro mükafat pulu da ala bilərlər.

Sosial şəbəkə vasitəsilə video yayımlayan Burak özü də yeni mövsümdən “Trabzonspor”un formasını geyinəcəyini açıqlayıb.

Qeyd edək ki, “Beyçzin Qoan”a 2016-cı ildə “Qalatasaray”dan keçən Burak Yılmaz 2010-2012-ci illərdə “Trabzonspor”un formasını geyinib.

Gununsesi.info