ABŞ-da məktəbdə partlayış:  İtkin düşən var

  • Müəllif: admin
  • 02 Avqust 2017 22:56

usa-partlayish
ABŞ-ın Minneapolis şəhərində məktəbdə partlayış baş verib.

APA-nın verdiyi xəbərə görə, partlayışdan sonra məktəbdə yanğın başlayıb.

Hadisə nəticəsində 2 nəfər itkin düşüb, məktəb binası qismən uçub.

İlkin versiyaya əsasən, partlayışa qaz sızması səbəb olub. Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir.

Gununsesi.info