Yumurta arıqlamağa kömək edir - ALİMLƏR TƏSDİQLƏDİ

  • Müəllif: admin
  • 03 Avqust 2017 09:00

yumurta

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Liverpul Universitetinin əməkdaşları tədqiqat apararaq, toyuq yumurtasının pəhriz saxlayan adamlar üçün faydasını sübuta yetiriblər.

Çəkisini azaltmaq istəyən adamlar gündə azı iki yumurta yeməlidirlər. Halbuki lap bu yaxınlarda həkimlər bildirmişdilər ki, yumurta xolesterinin səviyyəsini artırır. Buna görə də xüsusən pəhriz dövründə yumurta yemək tövsiyə olunmur.

Ancaq 450 ortayaşlı könüllünün iştirakı ilə sonuncu tədqiqat göstərib ki, üçaylıq aşağı kalorili pəhriz zamanı bütün iştirakçılar, orta hesabla, 4,5 kiloqram arıqlayıblar. Könüllüləri iki qrupa ayırıblar. Birinci qrup yumurta yeyib, ikinci qrupun rasionundan yumurta tamamilə çıxarılıb. Bu zaman qanda xolesterinin səviyyəsi təhlil edilib.

Ekspertlər yumurta yeyib-yeməməsindən asılı olmayaraq, bütün könüllülərin qanında xolesterinin səviyyəsinin azaldığını görəndə təəccübləniblər. Odur ki, yumurta gözəl qamət üçün mühüm sayılan zülal mənbəyi olduğuna görə, onu arıqlayan adamlar üçün vacib məhsul saymaq olar. Alimlər təkcə toyuq deyil, həm də bildirçin yumurtalarına diqqət etməyi tövsiyə edirlər.

Gununsesi.info