
Prezident Donald Tramp ABŞ-da yaşamaq hüququ əldə edən “qrin-kart” barədə yeni qanunun qəbul edilməsini istəyir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, artıq bununla bağlı yeni qanun layihəsi hazırlanıb. The RAISE Act, adını alan qanun layihəsi “qrin-kart” lotoreyasının ləğv edilməsini nəzərdə tutur. Bunun əvəzində isə ABŞ-da yaşaamq istəyənlər üçün bal sisteminin tətbiq olunması təklif edilir.
Bu barədə mövqeyini açıqlayan Tramp deyib ki, yeni qaydalara əsasən ingilis dilini bilən, özünü və ailəsini dolandərmağı bacaran, profesional biliklərə malik, xüsusən də Amerika iqtisadfiyyatından başı çıxan şəxslər bu ölkədə yaşamaq hüquqnu əldə edə biləcəklər.
Tramp mövcud “qrin-kartı” bu ölkədə yaşaamq hüququ baxımından elə də yetərli hesab eməyib. O,bunu “aşağıkeyfiyyətli” bir qayda hesab edib. Onun fikrincə bu qayda ilə aşağı gəlirli ailələr ölkəyə gəlir və nəticədə isə hökumətdən yüksək sosial müavinətlər tələb etməklə, amerikalı işçilər üçün qeyri-sağlam rəqabət mühiti yaratmış olurlar.
Mövcud (Diversity Visa) “İmmiqrasiya proqramı çərçivəsində müxtəlif millətlər üçün immiqrasiya vizası” 1990-cı ildən ABŞ-da fəaliyyət göstərir və ildə 50 min müxtəlif ölkə vətəndaşları “qrin-kart” lotoreyasının qalibləri bu ölkədə yaşamaq hüququ əldə edir.
Gununsesi.info












