
Sürətlə hərəkət edən marşrut avtobusunun idarəetməni itirərək divara çırpılması nəticəsində 36 nəfər ölüb, 13 nəfər isə yaralanıb.
Gununsesi.info “Sinxua”ya istinadən xəbər verir ki, hadisə Çinin Şensi əyalətində gecə saatlarında baş verib.
Çendi şəhərindən Loyan şəhərinə hərəkət edən marşrut avtobusu Pekin-Kunmin sürət yolunda hərəkət edərkən tunelin divarına çırpılıb.
Hadisə zamanı avtobusda 49 nəfər olub. Xəsarət alanlar təcili olaraq xəstəxanaya yerləşdirilib. Ölənlərin sayının artacağı istisna edilmir.


Gununsesi.info












