Mixail Saakaşvili Macarıstana getdi

  • By admin
  • 11 Avqust 2017 11:00

sarkasvili

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ailəsi ilə birlikdə Macarıstana gəlib.

Gununsesi.info-nun məlumatına görə, sabiq prezident bu barədə özünün “Facebook” səhifəsində yazıb.

M.Saakaşvili yazaraq bildirib: “Ailəmlə birlikdə Balaton gölünə getdik. Macar kralı Andraş və həyat yoldaşı ukraynalı şahzadə Anastasiyanın şərəfinə ucalan abidəni ziyarət etdik”.

Gununsesi.info