Avtobus qəzası: 36 ölü, 13 yaralı - FOTOLAR

  • Müəllif: admin
  • 11 Avqust 2017 10:54

img1827562

Sürətlə hərəkət edən marşrut avtobusunun idarəetməni itirərək divara çırpılması nəticəsində 36 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Gununsesi.info “Sinxua”ya istinadən xəbər verir ki, hadisə Çinin Şensi əyalətində gecə saatlarında baş verib.

Çendi şəhərindən Loyan şəhərinə hərəkət edən marşrut avtobusu  Pekin-Kunmin sürət yolunda hərəkət edərkən tunelin divarına çırpılıb.

Hadisə zamanı avtobusda 49 nəfər olub. Xəsarət alanlar təcili olaraq  xəstəxanaya yerləşdirilib. Ölənlərin sayının artacağı istisna edilmir.

14282135921919723499_1000x669

300790_002

Gununsesi.info