
Sabirabadda yanğın qeydə alınıb.
Gununsesi.info FHN-nin saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Əliləmbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 120 m² sahədə yanıb.
Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
Gununsesi.info












