Bu gülərüz polis Azərbaycanı birinci etdi

  • Müəllif: admin
  • 14 Avqust 2017 12:24
59915d0029267_poljpg
Xəbər verdiyimiz kimi, dünyanın nəhəng internet-portallarından olan MSN (Microsoft Network) əcnəbilərin ən rahat şəkildə viza ala biləcəkləri 5 ölkənin siyahısını dərc edib. Azərbaycan reytinqdə birinci yeri tutub.
Gununsesi.info virtualaz.org-a istinadən xəbər verir ki, MSN ölkəmiz haqqında məlumatı “gülərüz polis əməkdaşı”nın fotoşəkli ilə müşayiət edib.
Bildirilir ki, bu yaxınlara qədər Azərbaycan viza almaq üçün ən çətin ölkələrin siyahısına daxil idi. “Ölkəni ziyarət etmək üçün viza alınması uzun və əzablı proses idi və uğura heç bir zəmanət yox idi. Lakin hakimiyyət (Azərbaycan hakimiyyəti – red.) elektron viza tətbiq etməklə təəccübləndirdi”, – məqalənin müəllifləri yazır.

Gununsesi.info