
Liviyanın milli ordu komandanı, marşal Xalifa Xaftar Rusiyadan hərbi yardım istəyib.
Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat verən X.Xaftar deyib ki, bu məsələ Rusiya XİN başçısı Sergey Lavrovla müzakirə edilib:
“Əminəm ki, Rusiya hər zaman olduğu kimi bu dəfə də dostluğa sədaqət nümayiş etdirib, bizə hərbi cəhətdən yardım edəcək”.
Rusiyanın Liviyadakı münaqişənin tənzimlənməsində iştirakını təqdir edən Xaftar deyib ki, əgər Rusiya sülh prosesinin tənzimlənməsində iştirak edərsə, biz buna ancaq sevinə bilərik: “Biz Rusiyanın konkret olaraq hansı rol oynayacağından danışmamışıq, sadəcə biz Moskvanın oynayacağı rolu təqdir edə bilərik”.
Gununsesi.info










