BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi istefa verib

  • Müəllif: admin
  • 15 Avqust 2017 10:18

01

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin Kipr məsələsi üzrə xüsusi nümayəndəsi Espen Bart Eyden istefa verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq bildirib.

“BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi Espen Bart Eyde yaxın zamanlarda ölkəsi Norveçdə qanunverici orqana seçkilərdə iştirak etmək üçün rəsmi olaraq tutduğu vəzifədən azad olunmaq xahişi ilə baş katibə müraciət edib”, -deyə F.Haqın yazılı bəyanatında deyilir.

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş Kipr probleminin həlli yolunda daha əvvəl görülməmiş bir irəliləyişin təmin edilməsinə köməkçi olduğuna görə, Espen Bart Eydenə təşəkkür edib.

Anar

Gununsesi.info