
Çin Xalq Respublikasının xarici işlər naziri Vang Yi Koreya yarımadasının nüvə problemini sülh yolu ilə həll məsələsinə görə, Rusiya və Almanıya xarici işlər naziri ilə telefon danışığı aparıb.
Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu haqda Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, telefon danışığı Çin tərəfinin təşəbbüsü ilə keçirilib.
Vang Yi həmkarı Sergey Lavrov ilə apardığı telefon danışığında iki ölkə arasında əlaqələrin inkişafı və regiondakı məsələlər, xüsusilə də Koreya yarımadasında mövcud vəziyyətlə bağlı müzakirələr aparılıb.
Koreya yarımadasının nüvə problemini sülh yolu ilə həll məsələsinin bütün tərəflərin ortaq maraqlarına uyğun olduğunu deyən Vang Yi, mövcud vəziyyətin tezliklə sülh yolu ilə həll edilməsinin vacibliyini bir daha qeyd edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Şimali Koreyanın nüvə probleminin hərbi yolla həllinin mümkün olmadığın, bunun üçün bütün siyasi və diplomatik vasitələrin işə salınmasının lazım olduğunu bildirib.
Almaniyanın xarici işlər naziri Siqmar Qabriel bütün tərəflərin Koreya yarımadasında vəziyyətin nəzarətdən çıxmasını qarşısına almaq üçün, Avropanın keçmişindən dərslər almasının lazım olduğunu deyərək, problemin həlli ilə bağlı Çinin səyini təqdir edib.
Eyni zamanda, Siqmar Qabriel Koreya yarımadasının nüvə problemini sülh yolu ilə həll məsələsində Pekin rəhbərliyi ilə birgə işləmək istəklərini də Vang Yi-nin diqqətinə çatdırıb.
Anar
Gununsesi.info












