
Büdcə təşkilatlarında çalışanların sayı azalıdığı halda kommunal xidmətlərdən istifadə artıb.
Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, cari ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 887,5 milyon kVt saat elektrik və 142,8 min Qkal istilik enerjisindən, 90,1 milyon kub metr təbii qazdan istifadə edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 5,9 faiz, istilik enerjisindən 23,6 faiz, təbii qazdan 3,1 faiz çox istifadə olunub.
Təbii olaraq, büdcə təşkilatlarının sayı artmadığı, əksinə on minlərlər ştatın ixtisara düşdüyü halda, kommunal təsərrüfatında bu artım bir qədər sual doğurur.
Vüsalə
Gununsesi.info












