Azərbaycanlı FİFA referisi yeni təyinat alıb

  • By admin
  • 16 Avqust 2017 16:00

13

FİFA referisi Elçin Səmədli beynəlxalq oyunlara təyinat alıb.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, o, futzal üzrə UEFA kubokunun ilkin təsnifat mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

“Levski” (Bolqarıstan), “Knooppunt” (Hollandiya), TMT (Şotlandiya) və “Sjarmtrollan Idrettslag” (Norveç) komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 22-dən 28-dək Norveçin Tromso şəhərində keçiriləcək.

Anar

Gununsesi.info