
Bu gün dənizdə batmaq təhlükəsi ilə üzləşmış 1 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:30-da başa çatıb.
Anar
Gununsesi.info












