Bakıda minik avtomobili yanıb

  • Müəllif: admin
  • 19 Avqust 2017 09:00

yangin_237576

Bakıda yanğın hadisəsi qeydə alınıb. 

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Nərimanov rayonunda “Azsamand” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info