İnanılmaz iddia – YAŞAYIŞIN MÖVCUD OLDUĞU PLANET TAPILDI

  • Müəllif: admin
  • 19 Avqust 2017 08:40

dunya-ya-yakin-yeni-bir-otegezegen-bulundugu-9945912_9968_o

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, astrofiziklər Yer kürəsindən 16 işıq ili qədər məsafədə yaşayışın mövcud olması ehtimal edilən planet kəşf edə biləcəkləri iddiasını irəli sürüblər.

ABŞ-ın Texas Universitetinin alimləri “Gliese 832” adı verilən ulduz sistemindən əldə etdikləri peyk məlumatlarına əsasən, Yer kürəsi ilə eyni ölçüdə və canlı həyata malik olan bir planetin mövcud olduğunu ehtimal edirlər.

Günəş sisteminin xaricində yerləşən bu cür planetlər astrofiziklər üçün ciddi araşdırmalar aparmaq üçün zəmin yaradır.

Gununsesi.info