Leysan yağışları 10 nəfərin ölümünə səbəb oldu - ÇİNDƏ

  • Müəllif: admin
  • 19 Avqust 2017 08:27

cinnn

Çinin Quansi Cuan Muxtar rayonunda davam edən leysan yağışları 10 nəfərin ölümünə səbəb olub.

Gununsesi.info-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 11 mindən çox insan təhlükəli ərazilərdən təxliyə olunub.

Məlumata əsasən, 192  min nəfərin əmlakına ziyan dəyib, bir sıra yaşayış məntəqələrində avtomobil yolları dağılıb, elektrik enerjisi kəsilib, rabitə əlaqəsi pozulub.

Sinoptiklər yaxın bir neçə gün ərzində yağıntılı hava şəraitinin davam edəcəyini proqnozlaşdırır.

Gununsesi.info