
Sumqayıt şəhər sakini şəhər ərazisindəki meyvə-tərəvəz köşklərindən birinin sahibəsini döyüb oradan 20 manat pul apararkən polis əməkdaşları tərəfindən tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 18-də Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisindəki meyvə-tərəvəz köşklərindən birinə gələn şəhər sakini Həmid Eyyubov köşk sahibəsini döyüb oradan 20 manat pul apararkən həmin ərazidə xidmət aparan Post Patrul Xidməti Taqımının əməkdaşları tərəfindən tutulub.
Anar
Gununsesi.info









