
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da 1 və 4 yaşlı iki uşaq bağçada oynadıqları zaman zəhərli ilanın hücumuna məruz qalıblar. Evin iti isə ilanı öldürərək körpələrin həyatını xilas edib.
Hadisə ABŞ-ın Florida ştatında baş verib. Olay əsnasında ilan itin ayağını sancsa da, “qəhrəman köpək” onu öldürməyi bacarıb. Yaralı it isə dərhal baytara aparılıb.
Gununsesi.info












