
Fransa Prezidenti Emmanuel Makron Rumıniyada rəsmi səfərdədir. Səfər çərçivəsində Avropa İttifaqında miqrasiya, işçi qüvvəsi, Rumıniyanın Şengen məkanına daxil olması, ikitərəfli ticarət əlaqələri və digər məsələlər barədə müzakirələr aparılacaq.
Gununsesi.info-nun xarici mediaya istinadən xəbərinə görə, Emmanuel Makron deyib ki, Rumıniyanın Şengen məkanına daxil olmaq üçün tam hüququ var.
Rumıniya Prezidenti Klaus Yohannis öz növbəsində ölkəsinin Şengen məkanına daxil olması ilə bu məkanda təhlükəsizliyin güclənəcəyini bildirib.
Gununsesi.info












