2017-ci ilin ən zəngin İT iş adamlarının reytinqi dərc edilib - BİLL QEYTS BİRİNCİDİR

  • Müəllif: admin
  • 25 Avqust 2017 15:12

bill geyts

“Forbes” jurnalı 2017-ci ili ən zəngin İT iş adamlarının reytinqini dərc edib.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, 84,5 milyard dollar varidata sahib “Microsoft”un qurucusu Bill Qeyts reytinqin lideri olub.

81,7 milyard dollar varidata sahib “Amazon” şirkətinin rəhbəri Ceff Bezos ikinci yeri tutub. “Facebook”un yaradıcısı və 69,6 milyard dollar varidata sahib Mark Zukerberq ən zəngin İT iş adamlarının reytinqində üçüncü yerdə qərarlaşıb.

İlk dəfə reytinq iştirakçılarının ümumi kapitalı 1 trilyon dolları ötüb, iş adamları ötən illə müqayisədə 21% daha zənginləşib. Reytinqin tərtibçiləri bu artımı, həmçinin “Facebook”, “Amazon”, “Tencent” və “Alibaba” şirkətlərinin səhmlərinin məzənnəsinin artımı ilə izah edirlər. Bu şirkətlərin sahibləri digərləri ilə müqayisədə daha çox zənginləşib.

Reytinqin 50%-ni amerikalılar təşkil edir. Həmçinin ilk onluqda 8 iş adamı ABŞ sakinidir.

Gununsesi.info