Azərbaycanlı zəvvarların növbəti qrupu Səudiyyə Ərəbistanına yola düşüb

  • Müəllif: admin
  • 25 Avqust 2017 15:18

hecc

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların növbəti qrupu Səudiyyə Ərəbistanına yola düşüb.

Gununsesi.info-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, qrupa 360 nəfər daxildir.

Zəvvarları aparan təyyarə Ciddə şəhərində yerə enəcək. Ziyarətçilər oradan Məkkəyə gedəcəklər.

Azərbaycanlı zəvvarların sonuncu qrupu isə avqustun 26-da yola düşəcək.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək.

Həcc ziyarəti üçün ziyarət paketi 3850 dollardır.

Gununsesi.info