“Xurafat dinin canına daraşmış ağır bəladır” -ŞƏRH

“Mövhumat və xurafat dinin canına müsəllət olmuş xəstəlik, bəladır. Dinimizi, Quranı, Peyğəmbəri, Əhli-Beyti qorumaq istəyiriksə bu bəlaya qarşı mübarizə aparmalıyıq”.

Gununsesi.info bildirir ki, bunu ilahiyyatçı Tural İrfan deyib

İlahiyyatçının sözlərinə görə, İmam Hüseyni tarixi şəxsiyyət olmaqdan çıxarıb uydurma rəvayətlər əsasında mifik dastan və nağıl qəhrəmanı kimi təqdim etmək həmin müqəddəs şəxsiyyətə göstərilən ən böyük hörmətsizlikdir.

“Onun şəhadətini hər il mübahisə mövzusuna və xurafat mənbəyinə çevirmək doğru deyil. İbrətamiz bir hadisəni müasir dövrə uyğun gəlməyən, orta çağlardan qalan ibtidai üsullarla, zor və hikkə ilə cəmiyyətə qəbul etdirməyə çalışmaq din deyil. Din zorla qəbul etdirmək deyil, doğru yolu göstərməkdir. Din insanları özündən uzaqlaşdırmaq deyil, islah etməkdir. Din nifrət oyatmaq deyil, sevgi qazandırmaqdır”, – deyə Tural İrfan əlavə edib.

 

 

Şəbnəm

Gununsesi.info