Millimizdən 2 məğlubiyyət

  • Müəllif: admin
  • 28 Avqust 2017 10:06

01

Almaniyanın Varnemunde şəhərində Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan millisi daha iki oyun keçirib.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, İtaliya və Ukrayna yığmaları ilə qarşılaşan futbolçularımız, müvafiq olaraq, 2:3 və 3:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu mərhələnin birinci oyununda millimiz Almaniya yığmasına 3:0 hesabı ilə qalib gəlib.

Anar

Gununsesi.info