“Qarabağ” braziliyalı üçün 3 milyon TƏKLİF ETDİ

  • Müəllif: admin
  • 29 Avqust 2017 11:30
59a51ca29666b_1503983366_pedro
Braziliyalı yarımmüdafiəçi Pedro Enrike “Qarabağ” futbol klubuna keçməyə yaxındır.
Gununsesi.info virtualaz.org-a istinadən verdiyi məlumat görə, bu barədə Yunanıstan mətbuatı məlumat verib.
İsveçrənin “Sürix” və Fransanın “Renn” klublarının keçmiş futbolçusu hazırda Yunanıstanın PAOK komandasına məxsusdur. “Qarabağ” yunanlara Pedro Enrike üçün bir illik icarə və sonradan 3 milyon avroya almaq imkanı variantı təklif edib.
PAOK braziliyalı futbolçunu bu ilin yanvar ayında “Renn”dən 1,6 milyon avroya əldə edib. Bu vaxt ərzində o, klubda 16 oyun keçirib və 4 qol vurub.
27 yaşlı futbolçunun “Qarabağ”a transferi ilə bağlı danışıqlar davam edir.

Gununsesi.info