“Harvi”nin vurduğu zərərin aradan qaldırılmasına 125 milyar dollar lazımdır

  • Müəllif: admin
  • 31 Avqust 2017 11:50
3b87143c5a988a17de3c25ef8713291e
ABŞ-ın Texas ştatının “Harvi” qasırğasının törətdiyi fəsadlarının aradan qaldırılması və bərpa işlərinin aparılmasına 125 milyard dollar vəsait lazım olacaq.
Gununsesi.info xəbər verir ki, bunu Texasın qubernatoru  Qreq Ebbot deyib.
Bloombergin məlumatına görə,  qubernator bu qasırğanı Yeni  Orlen ştatındakı “Katrina” qasırğası ilə eyni səviyyədə olduğunu dilə gətirib. O zaman da  Yeni Orleanda “Katrina”nın fəsadlarını aradan qaldırmaq üçün 125 milyard dollar vəsait ayrıldı.
Ebbotun fikrincə, “harvi” qasırğasının  törətdiyi fəlakət masştabı böyük olduğunda daha çox maliyyə vəsaitinə ehtiyac var.
Avqustun 25-dən başlayan “Harvi” qasırğası  Texasda 38 nəfərin həyatına son qoyub.
Gununsesi.info