
Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.
Axar.az ARB TV-yə istinadən xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunda “KamAZ” yük maşını VAZ-2106 ilə toqquşub.
Nəticədə, VAZ-ın sürücüsü Xaçmaz rayon Müşgül kənd sakini 49 yaşlı Əkbər Abdullayev ölüb.
Mərhumun meyiti Xaçmaz rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.
Gununsesi.info










